Moskva Satira Teatrı fevralın 4-dək bütün tamaşaları ləğv edib
Moskva Akademik Satira Teatrı son yanğınla əlaqədar fevralın 4-dək bütün tamaşaları ləğv edib.
Fhnews.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.
Dəyişikliklər bu tamaşalara təsir edəcək: “Üç mərtəbə yuxarı”, “Bu uşaq”, “Əzizlərim”, “Damda yaşayan uşaq və Karlson”, həmçinin “Bir milyonluq tanqo”.
Teatr rəhbərliyi sözügedən tamaşalara bilet alan tamaşaçılara pulun qaytarılacağını və ya başqa əlverişli tarixlərə keçirilməsinə şərait yaradacağını vəd edib.
Qeyd edək ki, yanvarın 28-də günorta saatlarında Moskva Satira Teatrında yanğın baş verib. Yanğın 350 kvadratmetr sahəni əhatə edib. İlkin məlumata görə, yanğına səbəb müəssisədə aparılan təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...