Mordoviyada yanğında 3 nəfər ölüb, onlardan ikisinin uşaq olduğu ehtimal olunur
Rusiyanın Mordoviya Respublikasındakı İçalki kəndində yaşayış evində baş vermiş yanğın üç nəfərin həyatına son qoyub.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
“Yanğınsöndürmə və xilasetmə qüvvələrinin gəldiyi zaman evin açıq alovla yandığı müəyyən edilib <…> Konstruksiyalar ayırd edilə və sulanarkən 3 nəfərin meyiti aşkarlanıb, onlardan ikisinin uşaq olduğu güman edilir”, – məlumatda bildirilib.
Yanğının söndürülməsinə 12 mütəxəssis və 4 texnikanın cəlb edildiyi qeyd olunub. Yanğın Bakı vaxtı ilə saat 01:10-da tamamilə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...