Monteneqroda 5,4 bal gücündə zəlzələ olub
Monteneqronun Nikşiç şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
Fhnews.az xəbər verir ki, bu barədə Monteneqro Hidrometeorologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Bildirilir ki, episentri Niksiçdən 32 kilometr şimal-qərbdə, Bosniya və Herseqovina ilə sərhədə yaxın Pluzine bölgəsində olan yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntı barədə məlumat verilmir.
Yeraltı təkan Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...