22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Monteneqro yol hərəkətinin təhlükəsizliyinə görə Avropada ən aşağı reytinqli ölkələr sırasındadır

14-08-2024
IMG

Monteneqro yol hərəkətinin təhlükəsizliyi, sürücülərin və piyadaların qaydalara əməletmə göstəricisi baxımından Avropada ən aşağı reytinqli ölkələr sırasındadır.

Fhnews.az xəbər verir ki, bu barədə ölkədə qəbul olunan 2024 - 2030-cu illər üzrə yol hərəkətinin təhlükəsizliyinin təkmilləşdirilməsi strategiyasında deyilir.

Məlumata görə, ölkə üzrə sürücülərin üçdəbirindən çoxu ayda bir neçə dəfə təhlükəsizlik kəmərindən, yarısından çoxu isə uşaqlar üçün oturacaqdan istifadə etmədiyin bildiriblər. Bundan başqa, son bir ayda ön oturacaqdakı sərnişinlərin 40 faizi, arxa oturacaqdakıların isə 90 faizdən çoxu təhlükəsizlik kəmərindən istifadə etməyib.

Bildirilir ki, tez-tez sürət həddini aşma ilə yanaşı, bu hallar da ciddi yol hərəkəti və təhlükəsizlik problemi yaradır. Həmçinin Monteneqroda sürücülərin 84 faizindən çoxu son ay ərzində ən azı bir dəfə qəsəbədə və qəsəbədən kənarda yollarda avtomobili müəyyən edilmiş sürət həddindən yüksək sürətdə idarə etdiklərini bildiriblər. Bundan başqa, minik avtomobili sürücülərinin yarıdan çoxu avtomobili yorğun halda idarə etdiklərini deyiblər ki, bu da Avropa ölkələrinin orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir. Sərxoş vəziyyətdə avtomobili idarə etmə halları isə Avropa üzrə orta göstərici ilə müqayisədə iki dəfə yüksəkdir.

Eyni zamanda, ölkədə velosiped sürənlərin və piyadaların 80 faizindən çoxunda isə riskli davranışların tezliyi yüksəkdir.

Paylaş: