22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Monqolustanda sərt keçən qış 1,5 milyon ev heyvanının qırılmasına səbəb olub

23-02-2024

Monqolustanda olduqca sərt keçən qış 1,5 milyon başdan çox ey heyvanın, o cümlədən qaramal, qoyun-keçi və atın tələfatına səbəb olub.

Fhnews,az xəbər verir ki, bu barədə Monqolustanın Dövlət Fövqəladə Komitəsi açıqlama yayıb. Ölkənin baş nazirinin müavini, Dövlət Fövqəladə Komitəsinin sədri Saynbuyan Amarsayxan bildirib ki, cari qış mövsümündə “dzud” (monqol dilində yer səthinin qar ilə örtülməsi və ya donmasına səbəb olan sərt hava şəraitinin adı) ilə əlaqədar tələf olan ev heyvanlarının sayı 1 milyon 527 mini ötüb. Belə ki, qış mövsümündə Monqolustan ərazisinin təxminən 80 faizi qar ilə örtülü olub. Bu da heyvanların qidalanmasına öz mənfi təsirini göstərməklə yanaşı, onların şaxtadan tələf olmasına səbəb olub.

Qeyd edək ki, 3,3 milyon əhalisi olan Monqolustanda 71 milyon baş ev heyvanı, o cümlədən 32,3 milyonlion baş qoyun, 29,3 milyon baş keçi, 4,7 milyon baş qaramal, 4,2 milyon baş at, yarım milyon dəvə var. Heyvandarlıq Monqolustan iqtisadiyyatın aparıcı qüvvəsini, məşğulluğun əsas hissəsini təşkil edir. Ölkədə illik ət istehsalı təxminən yarım milyon ton, süd istehsalı isə bir milyon ton təşkil edir. Hökumət sərt qışın yaratdığı çətinliklərdən qorunması üçün xüsusi plan hazırlayıb.

Paylaş: