Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Milli Monitorinq Planına uyğun olaraq Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinqlər zamanı torpaq və kartof nümunələri götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müxtəlif parametrlər üzrə müayinələrə cəlb edilib.
Müayinələr nəticəsində karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb. 16 təsərrüfatda qızılı kartof nematodu, 2 təsərrüfatda kartof güvəsi, 1 təsərrüfatda isə kartofun qonur çürüməsi xəstəliyinin olduğu təsdiqlənib.
Zərərli orqanizmlərin daha geniş ərazilərə yayılmaması və məhsul itkisinin qarşısının alınması məqsədilə müvafiq sahə ilə məşğul olan təsərrüfat sahiblərinə fitosanitar tədbirlərin görülməsi barədə metodiki göstərişlər verilib, “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş kartofçuluq təsərrüfatında bitki mühafizəsi tədbirlərinin görülməsi haqqında” qərarlar qəbul olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...