Moldovada seçkilər keçirilir
Moldovada hazırkı dövlət başçısı Maya Sandunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident seçkiləri və ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirilir.
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin 36 regionunda və xaricdə yaşayanlar da daxil olmaqla 3 milyondan çox seçicinin olduğu xaricdəki səfirliklərdə səsvermə yerli vaxtla saat 07:00-da başlayıb.
İlk dəfə olaraq Norveç, İsveç, İslandiya və Finlandiyada, həmçinin ABŞ və Kanadada seçkilərdə poçtla səsvermə keçirilir. Seçkiləri 1100-dən çox yerli və 280-ə yaxın xarici müşahidəçi izləyir.
Yerli vaxtla saat 21:00-da seçki qutuları bağlanacaq və səslərin hesablanmasına başlanacaq.
Moldovada seçki qanunvericiliyinə əsasən, seçicilərin ən azı üçdə biri səsvermədə iştirak etdikdə prezident seçkiləri, prezidentliyə namizəd isə səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini aldığı halda seçilmiş sayılır. Seçkilərdə heç bir namizəd 50 faizdən çox səs toplaya bilməsə, ikinci tur keçiriləcək.
Moldovada prezident postu uğrunda 6-sı partiya üzvü və 5-i müstəqil olmaqla 11 namizəd mübarizə aparır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...