Moldovada prezident seçkilərinin ikinci turu olacaq
Moldovada keçirilən prezident seçkilərində heç bir namizəd 50 faizdən çox səs toplamadığından seçkilər ikinci tura keçib. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, ölkədə seçkilərdə iştirak səviyyəsi 51,68 faiz təşkil edib. Səslərin 99 faizinin hesablanmasından sonra hazırkı prezident Maya Sandu 42,21 faiz səslə birinci, Moldova Sosialist Partiyası tərəfindən Qaqauz türklərindən namizədliyi irəli sürülmüş Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo isə ikinci olub.
Moldova Mərkəzi Seçki Komissiyası Moldovada prezident seçkilərinin ikinci turunun noyabrın 3-də keçiriləcəyini açıqlayıb. İkinci turda ən çox səs toplayan Sandu və Moldova Sosialistlər Partiyasının namizədi Stoyanoqlo prezidentlik uğrunda mübarizə aparacaqlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...