22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Misirdə Menkaure piramidasının bərpası planı rədd edilib

16-02-2024

Misirdə təsis edilmiş Menkaure Piramidasına Nəzarət Komitəsi (MPRC) ərazinin universal və arxeoloji dəyərini qorumaq üçün min illər boyu Gizanın üç piramidasının ən kiçiyi ətrafında səpələnmiş qranit korpus bloklarının abidənin üzərində bərpası planını yekdilliklə rədd edib.

Fhnews.az “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, komitə mühəndislər və arxeoloqlardan, xüsusən Misir, ABŞ, Çexiya və Almaniyanın piramidalar üzrə mütəxəssislərdən ibarətdir. Qəzet yazır ki, Komitə müstəsna universal və arxeoloji dəyəri nəzərə alınmaqla piramidanın hazırkı vəziyyətdə saxlanmasının vacibliyini əsas gətirib və bərpa layihəsini rədd edib. Onun qərarı Misirin Turizm və Qədim Abidələr Nazirliyinə təqdim edilib.

Komitənin hesabatında deyilir: “Hər hansı bir korpus blokunun dəqiq orijinal mövqeyini müəyyən etmək qeyri-mümkündür. Ona görə də onların heç birini piramidadakı ilkin yerinə qaytarmaq mümkün deyil. Nəticə etibarilə, korpus bloklarının yenidən quraşdırılması piramidanın qədim, orijinal parçasını və görünüşünü dəyişəcək, bu da qədim misirlilərin onları necə dizayn etməsinə dair mühüm sübutları məhv edəcək”.

Hesabata görə, Menkaure piramidası qayıq çuxurlarının (Xufu və Xafre piramidalarının yaxınlığında tapılan çuxurlara bənzər) aşkar edilməsi üçün Komitəyə açıq və ətraflı elmi araşdırmaların təqdim edilməsi şərti ilə arxeoloji qazıntıların aparılmasına ilkin razılıq verilib. Eyni zamanda, piramida ətrafında qayıq çuxurlarının axtarışı nə yüksək prioritet, nə də Menkaure piramidasının bünövrəsini qazmaq üçün səbəb olmamalıdır. Bu layihədə belə qazıntıların aparılması üçün daha tutarlı elmi səbəblər göstərilməlidir.

Komitə, həmçinin Menkaure piramidasının tədqiqi, onun xarici korpusundan düşmüş qranit blokların sistemli şəkildə bir yerə toplanması və ətrafdakı maili dağıntıların aşkar edilməsi üçün qazıntıların aparılması, habelə ərazinin təmizlənməsi üzrə təklif olunan elmi-arxeoloji layihəni təsdiqləyib.

Hesabatda sözügedən piramidanın bərpasının UNESCO ilə koordinasiyası üçün zəruri prosedurlar da öz əksini tapıb.

Paylaş: