22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Misirdə II Ramzesin heykəlinə düşən günəş işığı marağa səbəb olub

23-10-2024
IMG

Misirin Asvan şəhərindəki Əbu Simbel məbədində firon II Ramzesin heykəlinə günəş işığı düşüb.

Asvan Qubernatorluğundan verilən açıqlamaya görə, ildə cəmi iki dəfə baş verən təbii hadisəni 1400-ü əcnəbi olmaqla 4 min turist izləyib.

Əbu Simbel və ətrafının Fironlar dövründə Misirdə astronomiya baxımından əhəmiyyətli bir bölgə olduğu məlumdur. Əbu Simbelin şimal-qərbində 11 min il əvvələ aid daş kompas və yağış vaxtını göstərən daş saat var.

Asvanda dağın içini oyaraq 20 ildə tikilmiş Əbu Simbel məbədinin qapısında Ramsesin 4 nəhəng heykəli var. Sözügedən tarixi hadisə yalnız II Ramzesin doğum günü sayılan 22 oktyabrda və onun tacqoyma günü olduğu bildirilən 22 fevralda baş verir və 20 dəqiqə davam edir.

Qeyd edək ki, Qədim Misirdə günəş şüaları II Ramzesin heykəlinin üzünə dəyən oktyabrın 22-də “kənd təsərrüfatı” mövsümü, fevralın 22-si isə “məhsul” mövsümünün başlanğıcı olub.

Paylaş: