22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Misir piramidaları altında aşkar edilən nəhəng anomaliya arxeoloqları heyrətə salıb

20-05-2024
IMG

Tədqiqatçılar anomaliyaya səbəb olan maddəni müəyyən edə bilmədiklərini bildiriblər. Arxeoloqlar Misirdəki Giza piramida kompleksinin altında basdırılan nəhəng “anomaliya” kimi təsvir etdikləri tikiliyə rast gəliblər.Beləki, onlar 4500 illik Böyük Piramidanın yaxınlığındakı kral qəbiristanlığının altında biri dayaz, digəri dərin olan bir cüt yeraltı tikili aşkar ediblər.

Alimlər formalarına görə bu tikililərin süni olduğunu düşünür və bu strukturların tikildikdən sonra doldurulduğundan şübhələnirlər.

Anomaliyanın baş verdiyi ərazini təqribən müəyyən etmək mümkün olsa da, strukturun xüsusiyyətlərini və yerini dəqiqləşdirmək mümkün olmayıb.Eni 10, uzunluğu 15 metr olan dayaz strukturun dərinliyi 2 metrdən də azdır.

Tədqiqatçılar bunun daha böyük, daha dərin strukturun tikintisini dəstəkləmək üçün edildiyindən şübhələnirlər. Bu dərin strukturun ən dayaz yerində təqribən 5 metr, ən dərin yerində isə 10 metr dərinlik var. Belə bir anomaliyaya qum və çınqıl qarışığı və ya hava boşluqları ilə seyrək intervallar səbəb ola bilər. Tədqiqatçılar ümid edirlər ki, ərazinin diqqətlə qazılması bu strukturların xarakterini müəyyən edə biləcək.

Paylaş: