Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır
Son zamanlarda miqren üçün profilaktik müalicə üsulları arasında önə çıxan atogepant tipli həblər İngiltərədə Milli Sağlamlıq Xidmətləri çərçivəsində həyata keçirilir.
Fhnews.az BBC-yə istinadla xəbər verir ki, xroniki və epizodik miqrenin profilaktik müalicəsində istifadə ediləcək dərmanın tezliklə xəstələrə verilməsi gözlənilir.
Səhiyyə mütəxəssisləri ölkədə təxminən 170 min insanın yeni müalicə üsulundan yararlana biləcəyini bildirir. Miqren şiddətli baş ağrıları ilə özünü göstərir və hücum dövründə insanın gündəlik fəaliyyətini çətinləşdirir. Dünyada hər yeddi nəfərdən birində miqren var. Ayda 15 gündən az baş verən ağrılı dövrlərə “epizodik” miqren deyilir. Hər ay 15 gündən çox davam edən ağrılı dövrlər isə “xroniki miqren” olaraq təyin olunur.
İngiltərədəki klinik nəzarət təşkilatı olan NICE (National Institute for Health and Care Excellence), sınaq müddətində bəzi yetkinlərdə təsirli olduğu müəyyən edilən dərmanın Milli Səhiyyə Xidmətlərində istifadə edilməsini tövsiyə edib. Miqren adətən başın bir tərəfində döyünən ağrı kimi təsvir edilir və bir neçə gün davam edir. Digər simptomlar yorğunluq, işığa qarşı həssaslıq və danışmaqda çətinlik yaratmadır. Dünyada nə qədər insanın miqrendən əziyyət çəkdiyi məlum deyil, lakin İngiltərədə miqrendən əziyyət çəkən təxminən 6 milyon insan var. Qadınlar kişilərə nisbətən miqrenə daha çox meyillidirlər. Atogepant tipli dərmanlar həm “xroniki” miqren, həm də “epizodik” miqren üçün profilaktik müalicə təklif edə bilər.
Xəstə olmuş Deborah Sloan adlı şəxs bu dərmanı qəbul edənlərdən biridir. O bildirib ki, 40 il xroniki miqren ağrılarından əziyyət çəkdikdən sonra dərmanlar sayəsində həyatını normala qaytarıb. D.Sloan ayda təxminən 20 gün miqrendən əziyyət çəkirdi və səhhəti ilə əlaqədar iki dəfə işini tərk etməli olmuşdu.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...