22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Milli Hidrometeorologiya Xidməti: Lənkəranda qarın hündürlüyü 37 santimetrə çatıb

14-01-2024

Yanvarın 14-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.

Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Lənkəranda 37 sm, Yardımlıda 35 sm, Astarada, Lerikdə 30 sm, Biləsuvarda 22 sm, İmişlidə 20 sm, Qubada 18 sm, Xaltanda, Beyləqanda 15 sm, Naxçıvanda, Sarıbaşda (Qax) 14 sm, əksər rayonlarda 12 sm, Bakıda və Abşeron yarımadasında isə 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Naxçıvan Muxtar Respublikasında 6 dərəcəyədək şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş: