Mikelancelonun Sikstin kapellasının tavanında gizli xəstəlik detalı üzə çıxıb
Sikstin kapellasının tavanı 1508–1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla yüksək intibah incəsənətinin şah əsərlərindən biri hesab edilir. Tədqiqatçıların fikrincə, Mikelancelo Sikstin kapellasının tavanında Bibliya daşqını təsvir edən məşhur freskasında döş xərçəngindən əziyyət çəkən qadını təsvir etmiş ola bilər.
İncəsənət tarixi və tibb mütəxəssislərindən ibarət heyət Florensiyalı heykəltəraş və rəssamın qadının sağ döşünü və sağ qoltuğunun yaxınlığındakı nahiyəni təfərrüatlandırmasının xəstəliyə uyğun olduğunu müəyyən edib.Ekspertlər tərəfindən nəzərdən keçirilən “The Breast” jurnalında yazan tədqiqatçılar, sənətçinin xəstəlik haqqında ipucu verməsinin səhnədə görünən ölümün qaçılmazlığı ilə uyğunlaşdığı qənaətinə gəliblər. Mümkün döş xərçənginin təsviri həyatın keçiciliyi anlayışı ilə əlaqələndirilir və cəzanın mənasını daşıyır.
Mikelancelo bədii təsvirləri daha yaxşı vermək üçün insan anatomiyasına olan marağı ilə tanınıb. Müəlliflər : “Müşahidələrimizin nəticəsi göstərir ki, Mikelancelo müxtəlif ölçülü və morfologiyalı sağlam döşlər haqqında biliyə malik olub və onları bibliyadakı qadın fiqurlarına uyğunlaşdırıb”-deməklə fikirlərini əsaslandırmağa çalışırlar.
“The Independent”ə danışan Edinburq Universitetindən tibb tarixçisi Agnes Arnold-Forster qeyd edir ki, bu cür tədqiqatlar tibbdən kənar insanların müəyyən xəstəliklər haqqında bildiklərinə dair tarixi perspektiv təmin etmək üçün faydalıdır. "Bu, bizə Mikelancelo haqqında maraqlı bir şey deyir"-deyə Arnold-Foster bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...