Meteoroloqlar “Milton” qasırğasının güclənməsinin səbəbini açıqlayıblar
ABŞ-nin Florida ştatında ciddi fəsadlar törədən “Milton” qasırğası qlobal istiləşmənin təsiri ilə güclənib.
Fhnews.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə “World Weather Attribution” (WWA) mərkəzi məlumat yayıb.
“Biz belə qənaətə gəldik ki, iqlim dəyişikliyi qasırğanın trayektoriyası boyunca dəniz səthinin temperaturunun artmasına güclü təsir göstərib”, - məlumatda bildirilib.
WWA-dan vurğulayıblar ki, artan qlobal temperatur dəniz suyunun istiləşməsinə təsir edir və bu da öz növbəsində havanın rütubətinə birbaşa təsir göstərir.
Mərkəzin məlumatlarına əsasən, son illər qasırğalar güclənir, daha intensiv olur və fırtına dalğaları dəniz səviyyəsinin qalxması səbəbindən daha çox ziyan vura bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...