Meteoroloji stansiyalara qoyulan tələblər hansılardır?
Meteoroloji stansiya ərazinin elə bir yerində qurulmalıdır ki, o yer həmin rayon üçün xarakterik olsun.
Fhnews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, meteoroloji stansiyanı dərin yarğanların, uçqunların yaxınlığında qurmaq olmaz. Stansiya açıq və hamar yerdə qurulmalıdır. Onun yaxınlığında cihazların işinə mane ola biləcək heç bir maneə olmamalıdır.
O qədər də çox hündür olmayan maneələr (ayrı-ayrı ağaclar, tikililər), stansiyadan öz boylarını 10 qatı qədər aralıda olmalıdır. Əhəmiyyətli maneələr isə (məs: meşə zolağı, şəhər evləri) meteoroloji stansiyadan öz hündürlüklərinin 20 qatı qədər olmalıdırlar. Bu tələblər ona görə verilirki, həmin maneələr meteoroloji meydançada səbəst hava mübadiləsinə maneə olmasın.
Meteoroloji meydança düzbucaqlı formasında olub, onun tərəfləri şimaldan cənuba və qərbdən şərqə doğru istiqamətlənir. Meydançanın qapısı şimala doğru açılmalıdır. Meydançanın ölçüləri stansiyanın dərəcəsindən və orada aparılan işin həcmindən asılı olur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...