Meksikanın səhiyyə naziri ölkə vətəndaşının quş qripindən öldüyünü təkzib edib
A(H5N2) virusu üçün analizi müsbət çıxan 59 yaşlı meksikalı kişinin ölümünə quş qripi səbəb olmayıb.
Fhnews.az xəbər verir ki, bunu Meksikanın səhiyyə naziri Xorxe Alkoser Prezident Andres Manuel Lopes Obradorun gündəlik mətbuat konfransında bildirib.
“Ümumdünya Səhiyyə Təşkilatının bəyanatı olduqca pisdir, çünki əvvəldən quş qripi səbəbindən ölümdən danışılır, bu belə deyildi, xəstə başqa bir səbəbdən öldü”, – Alkoser açıqlayıb.
O, şəkərli diabet və böyrək problemi olan bir adamın İsmael Kosio Vilyeqas adına Milli Tənəffüs Xəstəlikləri İnstitutuna yerləşdirildiyinə diqqət çəkib. Xəstədən götürülən analizlərin birində A (H5N2) virusu aşkar edilib.
“Bu adam Mexiko ştatından başqa əlamətlərlə gəlib. Bilirik ki, virus quşlara təsir edir və quş qripi diaqnozu qoyulmuş insanlarda yoluxma özünü yüngül formada göstərir. Simptomlar o (qəbul edilmiş xəstədəki kimi – red.) vəziyyətə gəlmir”, – nazir vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...