22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Meksikada zəlzələ baş verib

22-04-2024

Meksika sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.

Fhnews.az xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Mansanilo şəhərindən 168 kilometr cənubda, 10 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Paylaş: