Meksikada mayyalara aid sirli tikili tapılıb
Arxeoloqlar Meksikada Maya top sahəsinin altında boyalı divarları olan sirli yeraltı tikili aşkar ediblər. Eramızın 200-600-cü illərinə aid tikili Cənubi Amerika qitəsində İspanların fəthindən əvvəlki həyat haqqında fikir formalaşdıra bilər.
Ekspedisiya Balam Ku Biosfer Qoruğunda təxminən 140 kvadrat kilometr əraziyə fokuslanıb.Meksika Milli Antropologiya və Tarix İnstitutundan verilən açıqlamaya görə, eramızın 200-600-cü illəri arasında Maya sivilizasiyasının erkən klassik dövrünə aid olan quruluş İspaniyanın işğalından əvvəl Cənubi Amerika qitəsindəki həyat haqqında məlumat verə bilər.
Yaxınlıqda hündürlüyü 15 metr olan qədim piramida və su çəni də aşkar edilib. Tədqiqatçılar bu piramida quruluşunun üzərində keramika qablar, armadilloya aid ola biləcək keramika heyvan ayağı və çaxmaq daşından bıçaq kimi artefaktlar da tapıblar.
Çox güman ki, bu artefaktlar İspan fəthindən qısa müddət əvvəl- Postklassik dövrdə eramızın 1250-1524-cü illərinə aiddir.
Tədqiqatçılar bildiriblər ki, piramidanın zirvəsində tapılan artefaktlar Avropalıların gəlməsindən əsrlər əvvəl mərkəzi düzənliklərdə siyasi parçalanma və ciddi demoqrafik tənəzzüldən çox sonra zəifləmiş əhalinin mövcudluğundan xəbər verir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...