22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Meksikada istilər mart ayından bəri 48 nəfərin həyatına son qoyub

25-05-2024
IMG

Meksikada mart ayından bəri isti hava səbəbindən 48 ölüm halı qeydə alınıb. Sinoptiklər yeni temperatur rekordlarının ola biləcəyinə dair xəbərdarlıq ediblər.

Fhnews.az “Phys” saytına istinadla xəbər verir ki, Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, 950-dən çox insan günvurma ilə əlaqədar olaraq xəstəxanalara müraciət edib.

Ötən ilin mart-oktyabr aylarında ölkədə istidən 419 nəfər ölmüşdü.

Prezident Andres Manuel Lopez Obradorun sözlərinə görə, yüksək temperatur xüsusilə Mexikoda hava çirkliliyi problemini daha da kəskinləşdirib. Mayın 9-da paytaxtda havanın temperaturu rekord həddə - 34,3 dərəcə Selsiyə çatıb.

Meksika Universitetinin İqlim Dəyişikliyi Araşdırma Proqramının koordinatoru Fransisko Estrada 2024-cü ilin "tarixin ən isti ili" olacağını bildirib. O qeyd edib ki, istidən təkcə insanlar deyil, digər canlılar da əziyyət çəkir. İstilər səbəbdən ölkə ərazisində xeyli sayda meymun tələf olub.

Paylaş: