Meksikada həddindən artıq istilər 155 nəfərin həyatına son qoyub
Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib. Qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi proqnozlaşdırılıb.
Meksika mətbuatında yer alan xəbərə görə, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır.
Ölkənin Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.
Ölkə rəsmilərinin açıqlamasına görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.Günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfər müraciət edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...