Meksikada avtomobilinin çaya düşməsi nəticəsində 7 nəfər ölüb
Meksikanın Verakrus ştatında yolsuzluq avtomobilinin çaya düşməsi nəticəsində 7 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə "El Heraldo" məlumat yayıb.
Belə ki, ştatının cənubundakı Koatsakoalkos bələdiyyəsində beş qız və iki oğlanın olduğu yolsuzluq avtomobili tufan zamanı Kalsadas çayına düşüb.
Qeyd olunub ki, ölən gənclər məzun olduqlarını şəxsi estakadalardan birində qeyd ediblər. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.
Səlahiyyətlilər hadisə ilə bağlı şəraiti müəyyən etmək üçün araşdırma aparır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...