Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib
Meksika körfəzində barjın Qalveston şəhərindəki (Texas ştatı) körpü ilə toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, sahil mühafizəsi 14 barel nefttərkibli su qarışığını, eləcə də barjın yuxarı hissəsindən, suya dağılmayan daha 133 barel neft məhsulunu çıxarıb.
Barjın məxsus olduğu gəmiçilik şirkətinin vitse-prezidenti Rik Frid qeyd edib ki, ümumi tutumu 30 min barel olan barj körpü ilə toqquşma anında 23 min barel neft daşıyırdı.
Hyuston Universitetinin dəniz nəqliyyatı üzrə eksperti Mariya Bernsin sözlərinə görə, qəza nəticəsində region ciddi iqtisadi və ekoloji fəsadlarla qarşılaşmayacaq. Belə ki, bu ərazi okean gəmilərinin üzdüyü Hyuston gəmiçilik kanalından bir neçə kilometr aralıda yerləşir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...