Media: Pakistanda son ay yarımda leysan yağışlar nəticəsində 195 nəfər ölüb
İyulun 1-dən avqustun 17-dək Pakistanın müxtəlif bölgələrində yağan güclü yağışlar zamanı ölənlərin sayı 195 nəfər olub, daha 362 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə məlumat ölkənin Milli Fəlakət İdarəetmə İdarəsinin hesabatında yer alıb.
Məlumata görə, son 24 saat ərzində 7 sakin həlak olub. Daşqınlardan ən çox zərər çəkən əyalət Pəncabdır.
İyulun 1-dən indiyədək 2293 daşınmaz əmlak dağılıb, onlardan 734-nü bərpa etmək mümkün deyil. Daşqınlar 44 km-dən çox yol və 30 körpüyə ziyan vurub.
Avqustun 19-da Pakistanın müxtəlif bölgələrində güclü yağış yağacağı gözlənilir. Bu da bəzi bölgələrdə daşqınlara səbəb ola bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...