22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Maykl Ceksonun musiqi kataloqunun yarısı təxminən 600 milyon dollara satılıb

13-02-2024

Amerikanın "Sony Music" musiqi şirkəti məşhur müğənni Maykl Ceksonun mahnıları olan  kataloqun yarısını təxminən 600 milyon dollara alıb. BBC-nin məlumatına görə, 13 dəfə Qremmi mükafatı laureatı Ceksonun bütün mahnılarının yer aldığı musiqi kataloqunun dəyərinin 1,2 milyard dollardan çox olduğu təxmin edilir.

Fhnews.az xəbər verir ki, “Sony Music”  tərəfindən təxminən 600 milyon dollara alınan kataloqun yarısının müqaviləsinin solo sənətçi üçün indiyə qədər əldə edilən ən böyük müqavilə olduğu bildirilir. Müqaviləyə həmçinin Ceksonun “Mijac” şirkəti tərəfindən alınmış Rey Çarlz, Elvis Presli və Areta Franklinin bəzi mahnıları da daxildir.

Məşhur amerikalı rok sənətçisi Bruce Springsteen də 2021-ci ildə bütün albomlarını və musiqi hüquqlarını 500 milyon dollara satıb.

Paylaş: