22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

03-05-2024
IMG

Bu il mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirəcəyi həmin tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.

İdarəsindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı ilə əlaqədar bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır.

Xatırladırıq ki, ətraf mühitə atılan tullantılarda müəyyənləşdirillmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Paylaş: