Məşhur fransız rəssamı Monenin tablosu 83 ildən sonra sahiblərinə qaytarılıb
İkinci Dünya Müharibəsi zamanı yoxa çıxan dünyaca məşhur fransız rəssamı Klod Monenin tablosu 83 ildən sonra ilk sahiblərinin nəvələrinə qaytarılıb.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Avstriyada yaşayan bir cütlük Monenin ilk əsərlərindən olan “Bord de Mer” adlı tablosunun anbarlarından itdiyi üçün axtarışda olub. ABŞ FTB-dan verilən açıqlamaya görə, İkinci Dünya Müharibəsi zamanı Vyanadakı evlərindən qaçan ailəyə aid bu tablo 1941-ci ildə hərracda satılmışdır. 1941-ci ildən sonra yenidən yoxa çıxan tablo uzun illər sonra 2016-cı ildə Fransada bir sərgidə yenidən ortaya çıxıb.
Əsər daha sonra Nyu-Orleanda yerləşən antik əşyalar satıcısı tərəfindən alınıb və satıcı əsəri Vaşinqtonda yaşayan cütlüyə satdıqdan sonra FTB rəsmlə bağlı araşdırmaya başlayıb. Cütlük əsəri 500 min dollardan çox qiymətə hərraca çıxarmış, lakin əsl sahiblərini öyrəndikdən sonra tablonu FTB-na təhvil vermişlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...