Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonunun Öncəqala kəndində sahibkar İsmayıllı Fərid İbrahim oğluna məxsus “Bakı gecələri” kafesində plandankənar yoxlama aparılıb.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Obyektdə vəziyyətin qənaətbəxş olmadığı və əsaslı təmirə ehtiyacı olduğu, işçilərin dövri tibbi müayinədən keçmədikləri, müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq faktla əlaqədar kafenin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...