Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçotaqlı fərdi yaşayış evinin bir otağında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 146m² üçotaqlı fərdi yaşayış evinin bir otağının və dəhlizinin yanar konstruksiyaları 30m² sahədə, dam örtüyü 45m² sahədə yanıb.