Mart, aprel və may aylarında atipik şəxslər üçün allergik reaksiyalar aktivləşir
“Yaz aylarında əsas allergiya yaradan səbəb polenlər, yəni bitki tozcuqlarıdır. Bunlar bitkilərin tozlama dövründə iştirak edən kiçik hissəciklərdir”.
Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova deyib. Onun sözlərinə görə, allergik reaksiya yaradan polenlər küləklə tozlanmada iştirak edən bitkilərin polenləridir: “Küləklə tozlanmada iştirak edən hissəciklər bu müddət ərzində yəni mart, aprel və may ayları boyu havada aktiv hərəkət edir. Bitkilər üçün nə qədər faydalı olsa da bu hissəciklər atipik şəxslər üçün allergik reaksiyaları aktivləşdirən allergen rolunu oynayır. Qidaların bitki tozcuqları ilə verdiyi çarpaz reaksiyalarda, bitkilərin tozlanma dövrü olmadıqda belə polen reaksiyası insanlarda müşahidə oluna bilir. Belə ki, allergik şəxs çarpaz reaksiya yarada bilən qidanı qəbul etdikdə (məsələn alma, armud, şabalıd, banan və digər) onda yerli oral allergik sindrom izlənir. Atopik şəxsin ağız nahiyəsində qıcıqlanma, qaşınma, səpgi, şişkinlik yaranır. Eyni zamanda, digər allergik reaksiyalar da izlənə bilər. Məsələn, allergik astma, allergik rinit və digər allergik oral sindrom şikayətləri allergik reaksiya yaradan qidaları bişmiş qəbul etdikdə ya yaranmır və ya şiddətli olmur”.
Ç.Novruzova qeyd edib ki, bu allergik reaksiyalar toplusu polinoz adlanır: “Polen reaksiyaları lokalizasiya nahiyəsindən asılı olaraq müxtəlif cür təzahür edir. Reaksiyanın üst tənəffüs yollarına lokalizasiyası allergik konyunktivit, bronxlara lokalizasiyası isə allergik astma adlanır. Bu xəstəliklər hər biri özünə məxsus klinik simptomlarla müşahidə olunur. Allergik rinitdə xəstələrdə burun tutqunluğu, burundan şəffaf axıntının gəlməsi, tez-tez asqırma şikayətləri olur. Allergik konyunktivitdən əziyyət çəkən xəstələr yaz aylarında bitkilərin tozlama dövrü başa çatana qədər gözlərdə yaşarma, qızarma, şişkinlik şikayətlərindən əziyyət çəkir. Bronxial astma xəstələrində isə tutma şəkilli öskürək, boğulma, təngnəfəslik şikayətləri olur”.
Allerqoloq bildirib ki, yenidoğulmuşlarda həyatlarının ilk ili olduğu üçün, polenlərə ilk dəfə məruz qaldıqları, bədəndə hələ sensibilizasiya prosesi getdiyi üçün polen reaksiyası müşahidə edilmir və növbəti illərdə artıq polen reaksiyalarını izləmək mümkündür.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...