22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Marsın qəribəliklərinə yeni izahat: İtirilmiş peyk nəzəriyyəsi

15-09-2024
IMG

Marsın bir dəfə üçüncü peyki ola biləcəyi ehtimal edilir. Yeni araşdırmalara görə, belə bir obyektin mövcudluğu planetin maraqlı xüsusiyyətlərini izah edə bilər. Qırmızı Planetin Fobos və Deimos adlı iki kiçik peyki var və bu cisimlərin necə əmələ gəldiyinə dair heç biri sübut olunmayan bir neçə nəzəriyyə var.Birinə görə, aylar Mars və Yupiter arasındakı Asteroid qurşağından gəlmiş ola bilər. Başqa bir nəzəriyyəyə görə, peyklər planetdən qopmuş parçalardır. Ayın bu şəkildə əmələ gəldiyi təxmin edilir. Lakin Fobos kimyəvi cəhətdən Marsa bənzəmədiyi üçün bu nəzəriyyə Yerin peyki ilə bağlı nəzəriyyə qədər güclü deyil.

Son araşdırmada Fobosun kometa ola biləcəyi ehtimalı irəli sürülüb. Marsın peyklərindən başqa, bəzi maraqlı açıqlana bilməyən xüsusiyyətləri də var. Bunlardan ən önəmlisi planetin üç oxunun olmasıdır. 

Bundan əlavə, Qırmızı Planet nəhəng relyef formalarına ev sahibliyi edir. Günəş sisteminin ən yüksək yaylası olan Tarsis təxminən 5 min kilometr əraziyə yayılır və 7 kilometr yüksəkliyə çatır. Onun üstündəki vulkanlar daha yüksəklərə qalxır. 

ABŞ Dəniz Rəsədxanasından astronom Maykl Efroimskinin fikrincə, Marsın bir zamanlar daha böyük peyk olması faktı bu qəribə xüsusiyyətləri izah edə bilər. 

Roma mifologiyasındakı müharibə ilahəsinin şərəfinə Nerio adlandırılan bu peykin başlatdığı üçoxlu quruluşun sonradan geoloji proseslərlə davam etdirildiyi iddia edilir. Marsın təxminən üçdə biri böyüklüyündə olan ay Günəş sisteminin erkən formalaşması zamanı peyda olmuş və ya qısa müddət sonra planet tərəfindən tutulmuşdur. 

Tədqiqatçının fikrincə, Ay kütləsinin yaratdığı gelgitlər Qırmızı Planet tamamilə bərkiməmişdən əvvəl kütləvi səth xüsusiyyətlərinin əsasını qoymuş ola bilər. Oxun qəribəliyi kimi, bu formalar da geoloji proseslərlə indiki formasını almış ola bilər. Digər bir ehtimal isə peykin Günəş sisteminin ilk dövrlərində başqa bir göy cisminin orbitində ilişib qalmasıdır. 

Peyk parçalansa, planetdə belə bir hadisənin yaradacağı kraterlərin olacağı gözlənilir. Lakin bu izlərin digər toqquşmalar və geoloji fəaliyyətlər nəticəsində yoxa çıxması da mümkündür.

Paylaş: