Marsın “gülən üz”ü
Alimlər düşünürlər ki, Marsda "gülər üz" formalı duz yatağı milyardlarla il əvvəl planetin yaşayış üçün yararlı əraziləri haqqında ipucu saxlaya bilər. Bu kəşf Marsda keçmiş həyatın izlərini aşkar edə bilər. Marsda "gülər üz" formalı duz yatağının Qırmızı Planetin ən qalıcı sirrinin ipuçlarını gizlədə biləcəyinə inanan elm adamları arasında marağa səbəb olub. Milyarlarla il əvvəl Mars dağıdıcı qlobal donma zamanı yoxa çıxan böyük göllər və çaylarla dolu idi.İndi tədqiqatçılar gülərüz sifətə bənzəyən bu duz yatağında davamlı mikrobların ola biləcəyini irəli sürürlər.
Avropa Kosmik Agentliyinin Qırmızı Planetdə həyat əlamətlərini aşkar etməyə çalışan ExoMars Trace Gas Orbiter adlı Mars peyki Marsın quraq səthində xlorid duzu yataqlarının təəccüblü görüntülərini çəkib.Bu duz yataqlarını tədqiq etməklə alimlər planetin keçmiş iqlimi, geologiyası və potensial yaşayış imkanları ilə bağlı ipuçlarını aça bilərlər. Qədim su obyektlərinin qalıqları olan bu çöküntülər milyardlarla il əvvələ aid yaşayış zonalarını göstərə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...