Marsda qədim okeana dair sübutlar
Marsın bir vaxtlar okean olması nəzəriyyəsi elm adamları arasında illərdir müzakirə olunur. Çinin "Zhurong" roveri 2021-ci ildə Marsın şimal yarımkürəsindəki Utopiya bölgəsinə enməyi bacarıb.
Bu ərazidə əvvəlki müşahidələr qədim su izlərinin sübutunu təmin etmişdir. “Zhurong” o vaxtdan bəri Marsın səthini tədqiq etməyə davam edirb.
Honq-Konq Politexnik Universitetindən tədqiqatın aparıcı müəllifi Bo Vu “Zhurong”un eniş bölgəsində qədim okeanın müxtəlif izlərini aşkar etdiklərini söyləyib.
Əvvəlki araşdırmalar bu dəlikli konusların palçıq vulkanlarında yarandığını, su və ya buzlu ərazilərdə əmələ gəldiyini irəli sürmüşdü. Bundan əlavə, roverdən alınan məlumatlar, peyk şəkilləri və Yerdəki analizlər də bu bölgənin yaxınlığında bir sahil xəttinin varlığına işarə edir.
Tədqiqatçılar okeanın təxminən 3,7 milyard il əvvəl baş vermiş daşqın nəticəsində əmələ gəldiyini təxmin edirlər.
Pensilvaniya Dövlət Universitetinin alimi Benjamin Cardenas tədqiqatçıların Marsdakı küləyin çöküntüləri daşımaq və süxurları aşındırmaq təsirini lazımi dərəcədə nəzərə almadığını düşündüyünü deyir. "Biz Marsı Ay kimi çox da aktiv olmayan planet hesab edirik, lakin Mars aktiv planetdir.”-deyə alim fikirlərini əsaslandırıb. O qeyd edib ki, keçmiş modelləşdirmə tədqiqatları Marsda hətta yavaş eroziya sürətinin belə uzun müddət ərzində sahil yaralarını məhv edəcəyini ortaya qoyur.
Maraqlıdır, Marsda həqiqətən okean varmı?
Bu nəzəriyyənin doğruluğu mübahisəli olsa da, Cardenas Marsda okeanın olması ehtimalına daha müsbət yanaşdığını bildirib. Okean dəlillərinin tapılması planetin həyat üçün yararlılığını daha da artıra bilər.Bu tapıntılar alimlərə Marsda keçmiş həyatın əlamətlərini və planetin ümumi yaşayış imkanlarını daha yaxşı anlamağa kömək edə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...