Mars və Yupiter arasında yerləşən cırtdan planet Ceres
Alimlər Günəş sistemində Mars və Yupiter arasında Asteroid qurşağında yerləşən cırtdan planet Ceresin yaşayış üçün əlverişli mühit ola biləcəyi ehtimalını aşkar ediblər.
Alimlər araşdırmalarında həyat üçün zəruri olan bəzi üzvi maddələrin cırtdan Ceres planetindəki okeanda əmələ gəldiyini müəyyən ediblər.Asteroid qurşağının ən böyük göy cismi olan cırtdan planet Ceres duz və karbohidrogenlərdən ibarət buzlu səthin altında duzlu su okeanlarına malikdir.
Ceresdəki böyük meteorit kraterlərindən biri olan "Ernutet"in ətrafında alifatik adlanan üzvi kimyəvi maddələrin yayıldığı yüzlərlə kvadrat kilometr ərazi aşkar edilib.Araşdırma nəticəsində məlum olub ki, kraterdəki alifatik komponentlər kosmosda radiasiya bombardmanının təsiri ilə çox tez məhv olduqları üçün nisbətən yaxın zamanda səthə çıxmış ola bilər.
Laboratoriyada Ceresdə olanlara bənzər üzvi kimyəvi maddələr üzərində təcrübələr aparılıb.
Araşdırmanı İtaliya Milli Astrofizika İnstitutunun planetoloqu professor Maria Cristina De Sanctisin rəhbərliyi ilə həyata keçirilib.
ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) 2012-ci ildə apardığı “Sübh missiyası”nda əldə etdiyi məlumata əsasən, qrup laboratoriyada Ceresdəki kimyəvi maddələrə bənzər kimyəvi maddələrin qarışığı istehsal edib.
"Ernutet krateri" ətrafında tapılan alifatik üzvi maddələr olan qarışıq üzvi molekulları parçalayan "kosmik eroziya"nı təqlid etmək üçün güclü ultrabənövşəyi şüalanma və sürətlə hərəkət edən ionlarla bombardman edilib.Beləliklə, sözügedən üzvi maddələrin həll olunduğu andan etibarən Ceresin səthində nə qədər müddət qaldığı müəyyən edilib.
Təcrübə zamanı məlum olub ki, alifatik birləşmələr, hətta müəyyən qorunma təmin edən gil kimi maddələrlə qarışsa da radiasiyaya davamlı deyil. Tədqiqatlar göstərdi ki, Ernutet kraterinin ətrafındakı bu cür karbohidrogenlər təxminən 10 milyon il ərzində bölgəyə gəlmiş ola bilər.
Əksər simulyasiyalar üzvi molekulların kometlər və ya daha kiçik asteroidlər tərəfindən daşınmadığını, lakin ehtimal ki, Ceresin dərinliklərində əmələ gəldiyini irəli sürdüyündən, Ceresin geologiyasının kifayət qədər yaxınlarda üzvi maddələr əmələ gətirdiyi qənaətinə gəlinib.
Kraterin səthindəki üzvi birləşmələrin Ernutet kraterindəki çatlardan sızaraq və ya kiçik meteor zərbələri, sürüşmə kimi faktorlarla səthə çıxmış ola biləcəyi vurğulanıb.Komanda Ceresin və xüsusilə də Ernutet Krateri ətrafındakı ərazinin mümkün yaşayış üçün əlverişli və ya həyatı dəstəkləyən mühitlər axtarmağa namizədlərdən biri olduğuna diqqət çəkib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...