Mərmərədə batan gəmi dənizdən çıxarılmayacaq
Mərmərə dənizində üzərkən Bursansanın Karacabey rayonundan 4 mil uzaqlıqda, İmralı adasının cənub-qərbində batan “Batuhan A” adlı gəminin işlər tamamlandıqdan sonra olduğu kimi batdığı yerdə qalacağı açıqlanıb. İtkin düşən 4 ekipajın axtarışları 7-ci gündə 572 nəfərlik heyətlə dəniz, hava və quru yolu ilə davam edir. Su altında qeydə alınan görüntülərdə gəminin yan dönmədiyi və üzən kimi batdığı və dənizin dibinə düz oturduğu görülüb.
Batma mövqeyinin axtarış-xilasetmə işlərini asanlaşdıracağı nəzərə alınaraq gəminin 3D modelləşdirilməsi də aparılıb. Sonar cihazı ilə aparılan müayinə zamanı itkin düşən 6 ekipaj üzvündən 2-nin gəmi qəzasında olduğu müəyyən edilib. Bursa valisi Mahmut Dəmirtaş işlər tamamlandıqdan sonra "Batuhan A" adlı gəminin köhnə və bahalı olduğu üçün batdığı yerdə qalacağını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...