Marmara dənizində yük gəmisi batdı: 6 ekipaj üzvü axtarılır
Yük gəmisi İmralı adasının cənub-qərbində su götürdükdən sonra Mərmərə dənizində batıb. Gəmidəki 6 ekipaj üzvü üçün xilasetmə işlərinə başlanılıb. Hava şəraitinə görə vertalyotlar havaya qalxa bilməsə də, indiyə qədər aparılan axtarışlarda boş xilasedici sal tapılıb.
Hündürlüyü 69 metr olan yük gəmisinin son görüntüləri limandan yola düşməzdən əvvəl əldə edilib. Sahil Təhlükəsizliyi Baş İdarəsindən verilən açıqlamada qeyd edilib ki, Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş Müdirliyinə aid KEGM-6 və KIYEM-4 sürətli xilasetmə qayıqları təcili olaraq hadisə yerinə yönəldilib.
Ölkənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdulkadir Uraloğlu deyib ki, gəminin zənglərə cavab verməməsi səbəbindən təhlükə mərhələsi elan edilib. Hələlik bölgədə gəmi ilə bağlı heç bir dəlil tapılmayıb. Axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, gəmi dünən axşam yerli vaxtla saat 20:00 radələrində tam yüklə Mərmərə adasından Gəmliyə yola düşüb.07.12-dən etibarən isə gəmidən alınan AIS siqnalı kəsilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...