Mərmərə dənizində batan gəmidən daha bir nəfərin cansız bədəni tapılıb
Türkiyə Sualtı Müdafiə Qrupu Komandanlığı grupları tərəfindən daha bir cəsəd çıxarılıb. Zeynep Kılınçdan sonra gəmidən çıxarılacaq şəxsin qazanxanada olduğu öyrənilib.
Xatırladaq ki, “Batuhan A” adlı quru yük gəmisi fevralın 15-də İmralı sahillərində fırtına nəticəsində batıb. Bu günlərdə bölgədə fəaliyyət göstərən Dəniz Qüvvələrinə məxsus dalğıclar 51 metr dərinliyə enərək Zeynep Kılınçın cansız bədəninə çatıblar. Bugünkü dalış zamanı qazanxanada daha bir nəfərin cansız cəsədi tapılıb. Tapılan şəxsin kimliyi hələlik açıqlanmır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...