22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Markus Vandt kosmik uçuşdan sonra İsveçə dönüb

19-02-2024

Beynəlxalq Kosmik Stansiyaya digər üç kosmonavtla yollanan isveçli Markus Vandt uçuşdan qayıtdıqdan bir həftədən artıq müddətdən sonra öz vətəninə geri dönüb.

Fhnews.az xəbər verir ki, Bromma hava limanında Vandtı qırmızı xalı üzərində qarşılayıblar. O, mətbuat konfransında kosmik missiya haqqında belə deyib: “Mən kapsula əyləşən kimi hiss etdim ki, bu, mənim elementimdir”.

Ölkənin Baş naziri Ulf Kristersson, təhsil naziri Mats Persson və Stokholm dairəsinin qubernatoru Anna Kinberq Batra da mətbuat konfransının iştirakçıları arasında olub. Tədbirdən sonra Vandt onunla kosmik uçuş zamanı bir yerdə olan çərçivəyə salınmış İsveç bayrağını Baş nazirə təqdim edib. “Crew Dragon” kosmik gəmisi Yerə enəndən bəri Vandt Yerin qravitasiyasına yenidən uyğunlaşmaqdan ötrü Kölndə bir neçə tibbi testdən və təlim proqramından keçməli olub.

O, kosmik stansiyada təxminən planlaşdırılmış 20 eksperimentdə, o cümlədən çəkisizliyin gövdə hüceyrələrinə təsirinin öyrənilməsi üzrə Uppsala Universitetinin bir eksperimentində iştirak edib. İsveç Kosmik Agentliyinin məlumatına görə, uçuş ölkəyə təxminən 43 milyon dollara başa gəlib.

Əvvəlcə ehtimal olunurdu ki, Vandt və ekipajın digər üzvləri Yerə iki həftədən sonra dönəcəklər. Lakin əlverişsiz hava şəraiti səbəbindən səyahət bir neçə dəfə təxirə salınıb.

Paylaş: