Mərkəzi Bankın sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə növbəti görüşü keçirilib.
AMB-dən verilən məlumata görə, görüş zamanı qalibin peşəkar sahədə hədəflərinin reallaşdırılması və mövcud potensialının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.
Həmçinin qalibin fərdi inkişaf planı üzrə bilik və bacarığının artırılması, eləcə də Mərkəzi Bankda həyata keçirilən təşəbbüslərdə iştirakı istiqamətində müzakirələr aparılıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...