Mark Rutte NATO-nun yeni baş katibi oldu
NATO-nun verdiyi yazılı açıqlamaya görə, Ruttenin yeni baş katib vəzifəsinə təyin edilməsinə qərar verilib. Hollandiyanın baş naziri Rutte oktyabrın 1-də Yens Stoltenberqdən vəzifəyə keçəcək. Qeyd edək ki, Rutte Hollandiyada koalisiya hökumətinin dağılmasından sonra 7 iyul 2023-cü ildə istefa vermis və yeni hökumət qurulana qədər baş nazir vəzifəsini davam etdirəcəyini, sonra isə aktiv siyasətdən ayrılacağını bəyan etmişdi. Stoltenberqin səlahiyyət müddətinin daha bir müddətə uzadılmayacağı bəlli olduqdan sonra Rutte NATO baş katibi vəzifəsinə namizədliyini verib. Rutte qısa müddətdə bir çox ölkənin dəstəyini qazanıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...