22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mərakeşdəki daşqın zamanı iki nəfər həyatını itirib

21-09-2024
IMG

Mərakeşin cənub-şərqində yerləşən Tata əyalətində ötən gün daşqın nəticəsində 2 nəfər həyatını itirib, 14 nəfər isə itkin düşüb. Daşqına səbəb olan güclü qasırğa və şiddətli yağış nəticəsində sərnişin avtobusu yoldan çıxıb.

Fhnews.az xəbər verir ki, yerli rəsmilərin yaydığı məlumata görə, 13 nəfərin həyatını xilas etmək mümkün olub.

Misli görünməmiş qasırğa nəticəsində bir çox çaylar öz məcrasından çıxıb və suyun səviyyəsi kritik həddə çatıb.

İlkin hesablamalara görə, daşqınlar regiona maddi ziyan vurub. Bir neçə ev tamamilə dağılıb. Həmin evlərdə yaşayan sakinlər artıq təxliyə olunub. Bundan əlavə, bir neçə yol, eləcə də infrastruktur məhv olub.

Rəsmilərin məlumatına görə, xilasetmə və vətəndaşlara yardım məqsədilə bütün qüvvələr səfərbər olunub.

İtkin düşmüş şəxslərin axtarışı hələ də davam edir.

Paylaş: