22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mərakeşdə həddindən artıq istilər səbəbindən bir gündə 21 nəfər ölüb.

26-07-2024
IMG

Mərakeşdə son 24 saat ərzində havaların həddindən artıq isti olması səbəbindən 21 nəfərin öldüyü bildirilib. Mərakeş Səhiyyə Nazirliyindən verilən açıqlamada, Beni Mellal şəhərində həddindən artıq istilər səbəbilə son 24 saatda ən az 21 nəfərin öldüyü və ölənlərin çoxunun xroniki  xəstəlikdən əziyyət çəkən və yaşlı insanlar olduğu bildirilir. Bu gün Beni Mellalda termometrlər 43 dərəcəni göstərib.

Mərakeş Meteorologiya İdarəsinin məlumatına görə, bazar ertəsi və çərşənbə günləri arasında ölkənin bəzi bölgələrində  48 dərəcə isti olub. 
Mərakeşdə rekord temperatur keçən ilin avqustunda Aqadirdə 50,4 dərəcə Selsi ilə qeydə alınıb.

Qeyd edək ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti 22 iyulun 1940-cı ildən bəri dünyada qeydə alınan ən isti gün olduğunu açıqlayıb.

Paylaş: