22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mərakeşdə həddindən artıq isti xəbərdarlığı

22-07-2024
IMG

Mərakeş Meteorologiya İdarəsi ölkə ərazisində temperaturun 46 dərəcə Selsiyə çata biləcəyini və təhlükə yarada biləcəyini nəzərə alaraq, həddindən artıq isti xəbərdarlığı edib.

Şimali Afrikanın Aralıq dənizi iqliminə malik ölkəsi olan Mərakeş xüsusilə son illərdə yayda temperaturun yüksəldiyi zamanlar meşə yanğınları ilə mübarizə aparır.

Mərakeşli ətraf mühit üzrə mütəxəssis Celal el-Mati son 50 ildə dünyada temperaturun artdığını xatırladaraq temperaturun artması təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Qlobal istiləşmə və iqlim dəyişikliyi ilə yanaşı quraqlıq təhlükəsi nəticəsində sel fəlakətlərinin tez-tez görüldüyünü ifadə edən Mati son 4 ildə Mərakeşdə iqlim dəyişikliyinin qaçınılmaz hala gəldiyinə və meşə yanğınlarında ciddi artımın olduğuna diqqət çəkib.

Paylaş: