Mərakeşdə güclü istilər 21 nəfərin həyatına son qoyub
Rəsmi məlumatlara görə, Mərakeşdə şiddətli istilər nəticəsində azı 21 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, ölüm hallarının hamısı 24 saat ərzində Beni-Mellal şəhərində qeydə alınıb.
Ölənlərin əksəriyyətinin xroniki xəstəlikdən əziyyət çəkən yaşlı insanlar olduğu bildirilir. Hakimiyyət orqanları insanları günəş altına çıxmamağa və sağlamlıq problemləri yaranarsa, həkimə müraciət etməyə çağırıb. Yerli meteorologiya xidməti bazar ertəsindən çərşənbə gününədək ölkənin bəzi rayonlarında temperaturun 48 dərəcəyə qədər yüksələcəyi barədə xəbərdarlıq edib.
Mərakeşdə artıq altıncı ildir güclü quraqlıq hökm sürür ki, bu da aqrar sektordan çox asılı olan ölkədə işsizliyin artması ilə nəticələnib. Ekspertlərin fikrincə, qlobal iqlim böhranı ekstremal hava hadisələrinin tezliyini və intensivliyini artırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...