Mərakeşdə 15 min illik bitki qalıqları tapılıb
Şimali Afrika ölkəsinin Burkan şəhəri yaxınlığında yerləşən La Grotte des Pigeons,yəni “Göyərçinlər Mağarası” 1908-ci ildə kəşf edildiyi gündən bəri bölgədəki tarixdən əvvəlki həyat haqqında dəyərli məlumatlar verir. Bu günə qədər ən azı 34 nəfərə aid sümüklərin tapıldığı mağara Şimali Afrikanın ən qədim məzar yeri hesab olunur.
Mağarada 19-20 yaşlı gəncin heyvan sümükləri və daş kimi müxtəlif əşyalarla birlikdə basdırıldığı daha əvvəl müəyyən edilmişdi. İspaniyanın Las Palmas de Gran Canaria Universiteti alimlərinin rəhbərlik etdiyi yeni araşdırma bu şəxsin qalıqlarının yanında 7 müxtəlif bitki növünün yanmış hissəciklərini aşkar edib.
Bunlardan ən maraqlısı min illərdir müalicə məqsədilə istifadə edilən efedra bitkisidir. Soyuqdəymələri müalicə etməkdən arıqlamağa qədər, efedranın müxtəlif yollarla sağlamlığa faydası olduğu iddia edilir. Digər tərəfdən, aktiv tərkib hissəsi olan efedrin ürəkbulanma, baş ağrısı və taxikardiya kimi yan təsirlərə səbəb ola bilər. Bu aktiv tərkib hissəsi olan əlavələr infarkt və vuruş halları ilə əlaqələndirilir. Beləliklə, Mərakeşdə təxminən 15 min illik mağarada tapılan qalıqlar efedradan istifadənin ən qədim məlum nümunəsini təqdim edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...