Mərakeş yayın gəlişi ilə artan meşə yanğınlarının qarşısını almağa hazırdır
Aralıq dənizi iqliminə malik Şimali Afrika ölkəsi Mərakeş temperaturun artması ilə başlayan meşə yanğınları ilə mübarizə üçün hazırlıq görür.
Mərakeş Su və Meşə Təsərrüfatı Agentliyi 6 ildir davam edən quraqlıq səbəbiylə bu il yanğın riskinin artacağı ilə bağlı açıqlama verib.
Açıqlamada ötən il ölkə ərazisinin 12 faizini əhatə edən meşələrdə 466 yanğının baş verdiyi, 6 min 426 hektar meşə sahəsinin zərər gördüyü, 22 min hektar meşə sahəsinin yandığı bildirilib.
Mərakeş Su və Meşə Təsərrüfatı Agentliyinin İqlim və Ətraf Mühit Risklərinin İdarə Edilməsi üzrə Meneceri Fuad Asali deyib ki, 2024-cü ildə meşə yanğınları ilə mübarizə aparmağa hazırıq və bütün lazımi tədbirləri görmüşük. Artıq meşə yanğını riskinə görə proqnoz xəritələri hazırlanıb.
Bildirilir ki, meşə yanğınları baxımından Mərakeşin Tangier, Asilah, Huseyma, Nadur, Hanifra, Beni Mellal və Taza şəhərləri ən yüksək riskli bölgələrdir.
Mərakeşdə son 25 ildə baş verən yanğınlarla bağlı məlumatlar araşdırılaraq yanğına ən həssas bölgələr müəyyənləşdirilib.
Yanğınlarla mübarizə üçün 153 milyon dirhəm (təxminən 15 milyon 300 min dollar) büdcə ayıran Mərakeş Su və Meşə Təsərrüfatı Agentliyi qurudan və havadan müşahidələr apararaq, həmçinin yeni avadanlıqlar alaraq profilaktik tədbirləri artırıb.
Bu çərçivədə yanğınsöndürmə işləri üçün lazımi suyun veriləcəyi nöqtələrin müəyyən ediləcəyi, meşənin içindən yolların açılacağı bildirilib.Yanğına qarşı görülən tədbirlər çərçivəsində şəxsi heyətə təlim keçiləcəyi və yanğınsöndürən təyyarələrin sayının 8-ə çatdırılacağı bildirilib.
Agentlik bildirib ki, Mərakeşin hər yerində vətəndaşlar üçün yanğınla necə mübarizə aparmalı və hansı ehtiyat tədbirlərinin görülməsi ilə bağlı maarifləndirmə tədbirləri aparılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...