Maldiv Prezidenti: Bizim üçün iqlim dəyişikliyi abstraksiya deyil
Bizim üçün iqlim dəyişikliyi abstraksiya deyil, bir neçə dəqiqə ərzində çoxillik inkişaf nailiyyətlərini ləğv edə və bizi başlanğıc nöqtəyə qaytara bilən dağıdıcı qüvvədir.
Fhnews.az xəbər verir ki, bu barədə Maldiv adalarının Prezidenti Mohamed Muizzu COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı deyib.
“Biz buraya uzaq proqnozları müzakirə etmək üçün deyil, artıq bugün üzləşdiyimiz sərt reallıqdan danışmaq üçün toplaşmışıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası Maldiv adaları üçün əsas inkişaf istiqamətidir.
“Bizim yeni enerji siyasətimiz və 1,5 milyard dollardan çox investisiya nəzərdə tutan yol xəritəmiz aşağıkarbonlu iqtisadiyyata keçidə sadiqliyimizi vurğulayır", - deyə Muizzu qeyd edib.
Dövlət başçısı, həmçinin kiçik ada dövlətlərinə dəstək üçün səyləri birləşdirməyə çağırıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...