Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub
Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarə Liloneqvedən havaya qalxdıqdan sonra radarlardan itmişdi. Sonradan daha doqquz nəfərin olduğu təyyarənin qəzaya uğradığı və sərnişinlərin hamısının həlak olduğu bildirilib.
Fhnews.az xəbər verir ki, bu barədə “The Sun” nəşri Malavi Prezidentinin administrasiyasına istinadla məlumat yayıb.
Malavinin lideri Lazarus Çakvera ölkədə milli matəm elan edib və həlak olanların dəfn ediləcəyi vaxtadək Dövlət bayrağının yarıyadək endirilməsi əmrini verib. Qəzaya uğrayan təyyarədə Malavinin keçmiş birinci xanımı Şanil Muluzi də olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...