22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Malavi 79 ölkədən gələn turistlər üçün viza tələblərini ləğv edib

10-02-2024

Malavi Respublikası 79 ölkənin vətəndaşları üçün viza tələblərinin ləğv edildiyini açıqlayıb.

Fhnews.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Malavi Prezidenti Lazarus Çakvera deyib ki, turizm sektoru tütün və çay ixracından sonra büdcəyə ən çox valyuta gətirir, lakin onun göstəriciləri aşağıdır.

Prezidentin sözlərinə görə, viza rejiminin ləğvi turizmin inkişafına töhfə verəcək.

Turizm naziri Vera Kamtukule bildirib ki, Malavi təkcə turizm sektoruna deyil, həm də kənd təsərrüfatı və mədənçıxarma sahələrinə investisiya cəlb etməyə çalışır.

Paylaş: