22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Malatyadakı zəlzələdən sonra 200-dən çox afterşok olub

18-10-2024
IMG

Malatyanın Kale bölgəsində dünən baş vermis 5,9 bal gücündə zəlzələdən sonra 200-dən çox artçı təkanlar  meydana gəlib.Bu barədə AFAD rəhbəri Okay Memiş məlumat verib. AFAD Koordinasiya Mərkəzində keçirilən toplantıda danışan Okay Memiş Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi işçilərinin zərəri qiymətləndirmə işlərinin davam etdirdiyini bildirib və əlavə edib ki, bu günə qədər 112-yə daxil olan müraciətlərin sayı 1475-dir. Bu bildirişlərin 1223-ü daha çox məlumat, 252-si isə yardım məqsədi daşıyır. 

Bu zəlzələdən sonra 200-dən çox artçı təkanlar olub, 249 nəfər zərər görüb.

Malatya valisi Seddar Yavuz zəlzələ ilə əlaqədar 471 rəsmi binaya baxış keçirildiyini bildirərək, "21 məktəbdə suvaq və boya soyulması səbəbindən təmirə ehtiyac olduğunu deyib. Bu məktəblərdə təhsilə 1 gün daha ara verilib.

Paylaş: